EN

"Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlimin açılışı olub (FOTO)

Bakı. Trend:

Bakıda "Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi”mövzusunda türkiyəli ekspertlərin iştirakı ilə iki günlük keçiriləntəlimin açılışı olub.

Trend xəbərverir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsikeçirilən təlimin ilk günündə Azərbaycan Respublikası Daxili İşlərNazirliyinin 20 təhqiqatçı və müstəntiqləri iştirak edir.

Təlimin açılış mərasimində Azərbaycan Respublikası Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini SəadətQəhrəmanova bildirib ki, cinayət törədikdikdə uşaqlara yanaşma,uşaqların hüquqların qorunması çox önəmli məsələdir: " Məişətzorakılığı faktını araşdırdıqda bu mühitdə olan uşaqlar diqqətdənkənar qalır. Amma artıq biz onlara diqqət edirik. Zorakılıqmühitində olan uşaqlar bu mənada çox əziyyət çəkir. Onlar beləmühitdə olaraq birbaşa psixaloji zorakılığa məruz qalırlar.Zorakılıq mühitində olan uşağın özünün cinayət törətməsi, cinayətəmeyilli olması hallarına rast gəlinir. Buna görə də artıq zorakılıqmühitində olan uşaqlarla da məşğul oluruq".

Təlimdə Türkiyə Respublikasında cinayət təqibi üzrə yetkinlikyaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri,cinayətlərin araşdırılması zamanı zərərçəkmiş və ya şahid olanuşaqların hüquqlarının müdafiə (dəstək) təminatı, cinayət təqibiorqanlarının uşaq hüquqlarının müdafiəsi üzrə qurumlarla əməkdaşlıqüsulları, “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsihaqqında” Avropa Şurasının Konvensiyası (Lansarote Konvensiyası)üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Türkiyə təcrübəsi vəsair mövzuları əhatə ediləcək.

Qeyd edək ki, təlim 2022-ci il 4 noyabr tarixində İstanbulşəhərində Azərbaycan Respublikasının Türkiyə Respublikası Ailə vəSosial Xidmətlər Nazirliyi tərəfindən “Azərbaycan və TürkiyəHökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrəsiyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”çərçivəsində təşkil olunub.

Chosen
3
3
az.trend.az

5Sources