EN

Möylə Mirzəliyev vəfat etdi

Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev vəfat edib.

Bu haqda Teleqraf-a qızı Leyla Mirzəliyeva məlumat verib.

"Mən xəstəxanaya atamın yanına gəlmişdim. Gələndən sonra atam dünyasını dəyişdi",-deyə L.Mirzəliyeva deyib.

Qeyd edək ki, Möylə Mirzəliyev bir müddətdir ki, Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.

Əməliyyat sonrası onda yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Chosen
3
2
teleqraf.com

10Sources