EN

Nazir müavini: "Özəl sektor süni intellektin tətbiqini genişləndirməyə cəsarətlə yanaşmalıdır"

Azərbaycanda həm dövlət, həm də özəl sektor səviyyəsində rəqəmsal həllərə, innovativ texnologiyalara yönəlmiş investisiyaların həcmi və təsir dairəsi artırılmalıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, bu, təkcə texnoloji modernizasiya deyil, eyni zamanda yeni iş yerlərinin yaradılması, məhsuldarlığın artırılması və dayanıqlı inkişaf üçün əsas vasitədir: "Qarşımızda duran yeni çağırışlar fonunda rəqabətqabiliyyətli iqtisadiyyat yalnız texnologiyaya çevik uyğunlaşma və innovasiyaya açıq yanaşma ilə mümkün ola bilər. Mən buradan özəl sektor nümayəndələrinə çağırış etmək istəyirəm: xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılması məqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşın. Dövlət olaraq biz bu istiqamətdə sizi təşviq edəcək stimullaşdırıcı təşəbbüsləri dinləməyə və birlikdə işləməyə tam hazırıq".

E.Əliyev vurğulayıb ki, əhalinin bacarıqlarının təkmilləşdirilməsi ("upskilling"), yeni bacarıqların əldə edilməsi ("reskilling") və ömürboyu öyrənmənin təşviqi istiqamətində həm dövlət, həm də özəl sektor səylərini birləşdirməli və daha da gücləndirməliyik: "Bu yanaşma ölkəmizin yeni reallıqlara əsaslanan dayanıqlı və çevik iqtisadiyyatının formalaşmasına mühüm təkan verəcək".

Chosen
4
2
report.az

3Sources