“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun düşərgəsində olub.
Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Berdiyev Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” – “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib. O, simvolik olaraq matçda ilk toxunuşu yerinə yetirib.
Berdiyevə “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim edilib.