EN

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim,akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, aprelin 28-də Azərbaycan oftalmologiyaelminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədəilk akademiki, fədakar alim Zərifə xanım Əliyevanın anadanolmasından 102 il keçir.

“Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanınıziyarət edərək, xalqımızın ümummilli lideri, müasir, müstəqilAzərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarıönünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanınxatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tərçiçəklər düzülüb.

Həmçinin, görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin,istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklərqoyulub”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, Akademik Zərifə xanım Əliyevanın tədqiqatları vəalim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixindəmühüm mərhələ təşkil edir. Azərbaycan oftalmologiya elmini dünyadatanıtdıran Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir,zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilirvə neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Chosen
1
4
az.trend.az

5Sources