EN

İran və ABŞ müzakirələrində prosesin yavaşlaması qeyri-təbii deyil – Bəqai

Bakı. Trend:

İran və ABŞ arasında nüvə proqramı ilə əlaqədar dolayıdanışıqlar prosesinin yavaşlaması qeyri-təbii deyil.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, çünki danışıqlarda texniki məsələlər dahaçox vaxt alır və bu da danışıqların ayrılmaz hissəsidir.

Bəqai bildirib ki, Məsqət razılaşmasına və vasitəçi tərəf Omanınelan etdiyinə əsasən, İran və ABŞ arasında dolayı danışıqlarınnövbəti raundu 3 maya planlaşdırılıb. Növbəti raundun zamanı vəməkanı haqda qərar üç tərəfin koordinasiyası iləmüəyyənləşəcək.

Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞarasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlərnaziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndəheyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cüraundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtıRomada baş tutub.

Chosen
2
1
az.trend.az

2Sources