EN

Sürəyya Öndərin vəziyyəti daha da pisləşdi

Türkiyə Böyük Millət Məclisin vitse-prezidendi Sırrı Süreyya Öndərin hazırda müalicə aldığı Xəstəxana onun son durumu ilə bağlı məlumat yayıb. 

Modern.az xəbər verir ki, xəstəxana Sırrı Sürəyya Öndərin vəziyyətinin daha da ağırlaşdığını qeyd edib.

Bildirilib ki, reanimasiya şöbəsində qaldığı 13-cü gündə S.S.Öndər ECMO (ürək dəstək cihazı) və inotropik dəstək müalicəsində saxlanılır. Lakin müalicələrə baxmayaraq, onun nevroloji vəziyyəti getdikcə pozulur. 

"Xəstəmizin refleksləri azalıb, beyin ödemi davam edir. Təəssüf ki, həyat üçün təhlükə artmaqda davam edir. Daha bir qırılma nöqtəsinə gəldik. Bununla belə, müalicələrimizi həyata keçirərək səbirlə gözləməyə davam edəcəyik",-Xəstəxananın yaydığı açıqlamada deyilir.

 

Chosen
3
modern.az

1Sources