Bakı. Trend:
Bank Respublika və EBRD Azərbaycanda real sektorundəstəklənməsi məqsədilə növbəti irihəcmli sazişimzalayıb
Ölkənin aparıcı banklarından biri olan real sektorun aktivdəstəkçisi Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı(EBRD), Avropa İttifaqının dəstəyi ilə Avropa Davamlı İnkişafFondunun Plus (EFSD+) proqramı çərçivəsində mikro, kiçik və ortasahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsi məqsədiləkredit sazişi imzalayıblar. Sazişə əsasən, EBRD “Bank Respublika”ya10 milyon ABŞ dolları məbləğində, 3 il müddətinə, milli valyutada(AZN) sintetik kredit təqdim edəcək.
EFSD+ proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs mikro,kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışimkanlarını genişləndirmək, onların rəqabətqabiliyyətini və inkişafpotensialını artırmaq məqsədi daşıyır. Cəlb olunan vəsait ölkə vəBank üçün prioritet sayılan real sektorun maliyyələşdirilməsinə,xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarlarındəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, Bank Respublika uzun illərdir Azərbaycanda kiçikvə orta sahibkarlığın inkişafına töhfə verir. Geniş filialşəbəkəsi, innovativ bank məhsulları və KOB sahəsində zəngintəcrübəsi sayəsində bank ölkədə biznes fəallığının artmasına, yeniiş yerlərinin yaradılmasına və daxili istehsalın güclənməsinəeffektiv şəkildə dəstək göstərir.
““Avropa Yenidənqurma və İnkişaf Bankı kimi dünyanın aparıcımaliyyə institutlarından birinin növbəti dəfə Bank Respublikayakreditin ayırması, nəhəng beynəlxalq maliyyə qurumlarının bankımızagöstərilən yüksək etimadın aydın təzahürüdür. Cəlb edilən vəsaitlərölkə və Bank Respublika üçün prioritet sahə olan real sektoruninkişafına yönəldiləcək. Bu isə öz növbəsində Bank Respublika-nındavamlı iqtisadi inkişafa verdiyi strateji dəstəyin növbətitəsdiqidir.” – deyə “Bank Respublika”nın İdarəHeyətinin sədri Tariyel İsmayılov bildirib.
"Bank Respublika ilə olan uğurluəməkdaşlığımızı regionlarda mikro, kiçik vəorta sahibkarlıq subyektləri üçün maliyyəimkanlarını daha da genişləndirəcək yeni kredit sazişi vasitəsilədavam etdirməkdən olduqca məmnunuq. Aşağı gəlirliregionlarda inklüziv artımın dəstəklənməsi və iqtisadi dayanıqlığıngücləndirilməsi bizim üçün əsas prioritet olaraq qalır.", –deyə Avropa Yenidənqurma və İnkişaf Bankının AzərbaycandakıDaimi Nümayəndəliyinin rəhbəri Nataly Mouravidzebildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,linkedin,telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.