EN

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Polşada Ekstraklassa-nın 30-cu turu çərçivəsində bir sıra oyunlar keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" doğma meydanda "Lex" komandasını qəbul edib. 
 

Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb – 2:2. Dadaşov start heyətində meydana çıxıb və komandası 0:2 hesabı ilə geridə olarkən 65-ci dəqiqədə əvəzlənib. Məmmədov isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.


Hazırda "Radomyak" 36 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
2
11
bizim.media

10Sources