EN

YAŞASAYDI, 38 YAŞINI QEYD EDƏCƏKDİ... – Şəhid Rusif  Ağayevin ad günü qeyd olundu

Aprel döyüşlərində Vətənini canında üstün bilib və odlu-alovlu müharibə meydanında  yağıdan ürəyincə qisas alıb şəhidlik zirvəsinə ucalan Rusif  İbrahim oğlu Ağayevin ad günü qürurla qeyd olundu. 

Rusif 1987-ci ildə Lənkəran rayonunun Hirkan kəndində  dünyaya gəlib. Yurduna , xalqına  qəlbən sevdalanan  igid  yağıdan qisas almaq məqsədilə orduya  gedib, cəbhə bölgəsində Vətənin keşiyində durub.  Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir, əsgərlərin təlim-tərbiyəsi, gün-güzəranı ilə maraqlanıb. Bu zaman Rusif Ağayev hərbi təzim edərək, nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirib. Nazirin adyutantı onun adını öz dəftərçəsinə  yazıb. Sınaqlardan uğurla keçən 12 hərbçi arasında Rusif Ağayev də olub və Lənkəran elinin qəhrəman oğlu öz muradına çatıb.

Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən 4 günlük müharibədə böyük qəhrəmanlıq göstərərək Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirməklə əsl tarix yazıb. O, 2 aprel 2016-cı ildə əsgər yoldaşlarını xilas etmək istəyən zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olub. 29 illik ömrün imkanlarına sığmayan  bir ad, şöhrət, ölməzlik qazanan  Rusif   İbrahim oğlu Ağayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla  təltif  edilib.

Zəfər ORUCOĞLU

Chosen
7
hurriyyet.az

1Sources