Rusiya prezidenti Vladimir Putin KXDR-ə, onun lideri Kim Çen Ina və Koreya Xalq Ordusunun hərbçilərinə Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsində göstərdikləri köməyə görə minnətdarlığını bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə dövlət başçısının bəyanatını Kremlin mətbuat xidməti yayıb.
Putin “koreyalı dostlarına”, Kim Çen Ina, eləcə də KXDR-in bütün rəhbərliyinə və xalqına səmimi təşəkkürünü bildirib.
O, Vətənimizi “rus əsgərləri ilə çiyin-çiyinə” müdafiə edən koreyalı əsgərlərin qəhrəmanlığını, fədakarlığını və yüksək hazırlıq səviyyəsini vurğulayıb. Putin onların üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdiklərini və əbədi şöhrətə layiq olduqlarını qeyd edib.
Rusiya prezidenti qeyd edib ki, Rusiya Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsində kömək edən KXDR-dən olan qəhrəmanları əbədi olaraq şərəfləndirəcək.