EN

The Telegraph: Tramp Zelenski ilə görüşündə Makronu qovmayıb...

ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronu Vladimir Zelenski ilə söhbətindən kənarlaşdırmayıb...

Poliqon xəbər verir ki, bu barədə “The Teleqraf” qəzeti Yelisey sarayındakı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Zelenski ilə təkbətək söhbətə Tramp Rusiyanın Ukraynaya hərbi zərbələrini “iyrənc” adlandırmaqla başlayıb. Liderlərin danışıqları barədə məlumatlə olan mənbə deyib ki, onda belə bir təəssürat yaranıb ki, Tramp Putinin Kiyevə hücumundan bir az “küsmüş” kimi görünüb, çünki bu, onu bir az axmaq vəziyyətə salıb.

Bundan əlavə, nəşr yazır ki, üçüncü stul Emmanuel Makron üçün deyil, tərcüməçi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Tramp Zelenski ilə aprelin 26-da Vatikanda Papa Fransisklə vidalaşarkən görüşüb. Mərasim zamanı Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna prezidenti ilə birlikdə Ağ Evin rəhbərinə yaxınlaşaraq söhbət ediblər.

Bundan sonra Amerika və Ukrayna liderləri stullara əyləşərək 15 dəqiqə təkbətək söhbət ediblər. Bu, onların Oval Ofisdəki mübahisəsindən sonra ilk üz-üzə görüş olub. Söhbətdən sonra Tramp Putini münaqişəni uzatmaqda ittiham edib.

Poliqon.info

Chosen
9
poliqon.info

1Sources