Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.
Arena.az bu barədə Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Berdıyev Rusiya Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilmiş “Rubin” – “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.
Kurban Berdıyev rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.
Ona “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.