EN

Azərbaycanın dövlət borcu proqnozlaşdırılan ÜDM-in 20,4%-ni təşkil edib

Bakı. Trend:

Bu ilin 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu(daxili və xarici dövlət borcu) 26,6 milyard manat və ya 2025-ci ilüzrə 130,7 milyard manat məbləğində proqnozlaşdırılan Ümumi DaxiliMəhsulun (ÜDM) 20,4 faizini təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi dövlət borcunun 8,6 milyard manatı (5.1milyard ABŞ dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18milyard manatı və ya 67,6 faizi daxili dövlət borcunun payınadüşür.

Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dairorta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrəyenilənməsi çərçivəsində(Strategiya) müəyyən olunmuş dövlətborcunun ÜDM-ə nisbət göstəricisinin 30,0%-dən çox olmaması vəxarici dövlət borcunun 2025-ci ilin sonunadək 10 milyard ABŞdollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilib.

Məqalədə:
Chosen
0
1
az.trend.az

2Sources