EN

2018-2025-ci illərdə Azərbaycanda keçirilən islahatlar 4 milyon nəfəri əhatə edib - Nazir

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial sahədəapardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illərərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib.Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manatolmaqla, 4 milyon nəfəri əhatə edib.

Trend xəbərverir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilkkollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma vəsüni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalininsosial müdafiəsi naziri Anar Əliyev deyib.

Onun sözlərinə görə, nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfəartıb:

"Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfəartaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.

Əlavə olaraq, əmək bazarı ilə bağlı görülən tədbirlərnəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4% artıb vəbu artımın 90%-i özəl sektorun payına düşüb. Qeyd olunan müddətərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoruüzrə 3,2 dəfəyədək artıb.

"Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi,məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı,sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin vəşəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyatakeçirilir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Əməyin Mühafizəsi Günü vəilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşmavə süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfranskeçirilir. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri AnarƏliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, digər dövlətvə özəl qurumların nümayəndələri iştirak edirlər.

Chosen
3
4
az.trend.az

8Sources