EN

İranda matəm elan olundu

Hurriyyet.az xəbər verir ki, İranda partlayış nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.

İranın Bender Abbas şəhərinin Şəhid Rəcai limanında baş  verən partlayış və ardından başlayan yanğın nəticəsində 40 nəfər həlak olub, 1000 nəfərdən artıq insan yaralanıb.

Bu barədə "Mehr" informasiya agentliyi məlumat verib.

Bender Abbas İranın cənubundakı Hormozqan vilayətinin paytaxtıdır.

Partlayış qprelin 26-da baş verib. Şəhid Rəcai limanı İranın ən böyük yük limanlarındandır. Benzin yükünün partlaması nəticəsində bir neçə kilometr məsafədəki pəncərələr sınıb, konteynerlərin metal hissələri parçalanıb, daşınan digər yüklər də zədələnib.

Aprelin 28-i İranda matəm günü elan edilib.

İranın ali dini lideri ayətulla Əli Xamanei hadisənin qəsdən, yoxsa səhlənkarlıq səbəbindən baş verməsini aşkar etmək üçün ciddi araşdırma aparmağa çağırıb.

Hürr Tərcüman

 

Chosen
29
hurriyyet.az

1Sources