EN

Azərbaycanın dövlət borcunun həcmi açıqlandı

BAKI, 28 aprel. TELEQRAF

2025-ci il 1 aprelə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 26 milayrd 615,2 milyon manat olub.

Teleqraf xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2025-ci il üzrə 130.662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 20,4 faizini təşkil edib.

Ümumi dövlət borcunun 8.613,9 milyon manatı (5.067,0 milyon ABŞ dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18.001,3 milyon manatı və ya 67,6 faizi daxili dövlət borcunun payına düşür.

Chosen
2
2
teleqraf.com

3Sources