EN

“Trabzonspor”dan “Traktor”a dəstək

style='margin-bottom:10px;'>

Türkiyə “Trabzonspor”u Cənubi Azərbaycan təmsilçisi “Traktor” “Traktor"la bağlı maraqlı paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşımda İran çempionu olmağa yaxın görünən Təbriz klubu ilə əlaqədar bu sözlər yazılıb: 

“2024/2025 mövsümündə İran Pro Liqası çempionluğu yolunda inamla addımlayan Azərbaycan türklərinin qüruru “Traktor”u dəstəkləyirik. Möhtəşəm tərəfdarları ilə birlikdə sərgilədikləri əzm, mübarizə və qərarlılıq sadəcə futbol meydanlarında deyil, türk dünyasının könlündə də böyük iz buraxır. 

“Traktor”u çıxdığı bu çempionluq yolunda təbrik edirik və uğurları ilə qürurlanmaqlarının davamını diləyirik. Yolunuzun sonu çempionluq olsun!”

Qeyd edək ki, sona 3 tur qalmış xallarının sayını 61-ə çatdıran “Traktor” ən yaxın izləyicisi “Sepahan”ı 5 xal qabaqlayır. Təbriz klubunu tarixində ilk çempionluqdan cəmi 2 qələbə ayırır.  

Chosen
9
3
teleqraf.com

9Sources