EN

İlham Əliyev: Azərbaycan COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərib

Azərbaycan COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərib

Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmişdir. 

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanladığı müraciətdə  bildirib.

"Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdır", - o, qeyd edib.

1Sources