EN

Prezident: Azərbaycan Qlobal Cənub və Şimal arasında körpü rolunu üzərinə götürərək etimad yaratmağa töhfə verməyə hazırdır

İlham Əliyev bildirib ki, Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərinə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindədir.

"Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır".

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanladığı müraciətdə  bildirib.

"Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik", - Prezident qeyd edib.

Chosen
0
21
operativmedia.az

10Sources