EN

ABŞ Yəməndə miqrantların olduğu həbsxanaya zərbə endirib, azı 30 nəfər ölüb - YENİLƏNİB

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin Səda şəhərinə endirdiyi aviazərbələr nəticəsində azı 30 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd edilib ki, hava zərbəsi əsasən Afrika ölkələrindən olan miqrantların saxlandığı həbsxananı hədəfə alıb.
***

08:54

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində yerləşən, eyniadlı vilayətin inzibati mərkəzi olan Səda şəhərinə aviazərbələr endirib.

APA xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.

Bildirilib ki, bombardmana xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlandığı cəzaçəkmə müəssisəsi məruz qalıb.

İlkin məlumatlara əsasən, onlarla həlak olan və yaralanan var.

Chosen
0
2
apa.az

5Sources