Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinə yeni birinci müavin təyin edilib.Metbuat.az banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Samir Hümbətov gətirilib. O, 2021-2025-ci illərdə KOBİA İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Bu il 22 aprel tarixindən isə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavinidir.