EN

Rusiya donanmasının kreyseri Sakit okeanda təlim keçirib

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Krasnoyarsk” nüvə enerjili sualtı raket kreyseri Sakit okeanında təlim keçirib. Kreyser təlim zamanı təyin olunmuş ərazidə planlaşdırılmış sahil hədəfinə “Kalibr” qanadlı raket atıb.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, qanadlı raket Kamçatka yarımadasındakı Kur poliqonunda sahil hədəfini uğurla vurub. Hədəfə qədər olan məsafə 1100 km-i keçib.

Təlimin ikinci mərhələsində sualtı gəmi heyəti şərti düşmənin simulyasiya edilmiş sualtı qayığını axtarıb və sualtı qayıq əleyhinə raket-torpedası ilə ona hücum edib. Simulyasiya edilmiş sualtı hədəf uğurla vurulub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
4
herbiand.az

1Sources