EN

Salah bu göstəricidə zirvəni ələ keçirdi

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında bütün zamanların bombardiri siyahısında 5-ci yerə yüksəlib.

Publika.az xəbər verir ki, misirli ulduz futbolçu 34-cü turun “Tottenhem”lə oyununda (5:1) çempionatdakı 185-ci qolunu vurmaqla buna nail olub.

Salah bu göstəricidə argentinalı Serxio Aqueronu (184) ötüb. O, hazırda İngiltərə Premyer Liqasının əcnəbi futbolçuları arasında bombardirdir.

Məhəmməd ümumi siyahıda yalnız ingilislər - Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213) və Alan Şirerdən (260) geri qalır.

Chosen
4
1
publika.az

2Sources