EN

Gəncədə iki qadın avtobusdan yıxıldı

Gəncədə iki sərnişin avtobusdan yıxılaraq xəsarət alıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ş.Tağızadə və 2009-cu il təvəllüdlü qız müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan dayanacaqda düşmək istəyən zaman yıxılaraq xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
10
avtosfer.az

6Sources