EN

"Yatanda da fikir çəkirik ki, sel aparacaq"

Son günlər yağan leysan yağışlar və sel suları Xaçmaz rayonunda torpaq sürüşməsinə səbəb olub.

Ölkə.az Baku TV-yə istinadən xəbər verir ki, Qudyalçayına gələn sel suları şəhərin Fətəli xan Xoyski küçəsinin bir hissəsini yuyub, yol yararsız vəziyyətə düşüb.

Sakinlər sel təhlükəsinin hələ də davam etdiyini və bu vəziyyətin ciddi narahatlıq doğurduğunu bildiriblər:

"Yatanda da fikir çəkirik. Adam qorxur ki, sel aparacaq. Sel suları getdikcə yaxınlaşır”.
 

Chosen
13
10
olke.az

10Sources