EN

Zelenski Romada Trampdan silah istəyibmiş

BAKI, 28 aprel. TELEQRAF

Aprelin 28-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ukraynalı həmkarı Volodimir Zelenski Vatikanda keçirilən görüşdə ondan əlavə silah istəyib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Ağ Evdə akkreditə olunmuş jurnalistlər üçün brifinq zamanı bildirib.

Tramp Vatikana səfərinin nəticələrini şərh edərkən deyib: "Zelenski mənə daha çox silaha ehtiyacı olduğunu söylədi, lakin üç ildir ki, o belə deyir. Görək nə olacaq. Mən Rusiya tərəfində nə baş verdiyini görmək istəyirəm".

Eyni zamanda ABŞ prezidenti əlavə edib ki, o, Rusiyanın Ukraynaya endirdiyi zərbələrə “təəccüblənib və məyus olub”.

Chosen
9
teleqraf.com

1Sources