EN

KİV: “Real Madrid” iki dəfə Kloppla əlaqə saxlayıb

BAKI, 28 aprel. TELEQRAF

“Real Madrid” klubu “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppla yaxından maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə nüfuzlu, “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, “Real Madrid” təmsilçiləri Kloppa iki dəfə zəng edərək, gələcək planlarını öyrəniblər.

Almaniyalı mütəxəssis hazırda Avstriyanın “Zaltsburq” klubunun icraçı direktorudur. O, məşqçilik fəaliyyətinə qayıtmağı planlaşdırmır.

Qeyd edək ki, “Real Madrid”in baş məşqçi Karlo Ançelotti ilə mövsümün sonunda yollarını ayıracağı gözlənilir. İtaliyalı çalışdırıcının Braziliya milli komandasına rəhbərlik edəcəyi barədə iddialar var.

Chosen
17
30
teleqraf.com

10Sources