EN

Məhəmməd Salah ən yaxşı əcnəbi bombardir oldu

BAKI, 28 aprel. TELEQRAF

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə çempionatında “Tottenhem"”lə qarşılaşmada (5:1) 185-ci qolunu vurub.

Teleqraf “Goal”a istinadən xəbər verir ki, bununla da o, “Mançester Siti”nin keçmiş oyunçusu Serxio Aqueronu qabarlayaraq, Premyer Liqada ən yaxşı əcnəbi bombardir olub.

Forvard Premyer Liqada bütün zamanların bombardləri siyahısında 5-ci yerə yüksəlib. Misirli futbolçu yalnız Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213) və Alan Şirerdən (260) geri qalır.

Yada salaq ki, “Liverpul” vaxtından əvvəl çempionluğu təmin edib. Komanda 34 oyunda 82 xal toplayıb. Mövsümün bitməsinə 4 tur qalmış 2-ci yerdə qərarlaşan “Arsenal”la fərq 15 xaldır.

Chosen
23
teleqraf.com

1Sources