EN

A Seriyası: “Roma” “İnter”ə qalib gəldi, lideri dəyişdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 34-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

“Atalanta” “Leççe” ilə ev oyununda xal itirib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Komo” “Cenoa”nı, “Fiorentina” “Empoli”ni, “Yuventus” isə “Montsa”nı məğlub yola salıb. “Venesiya”nın qonağı olan “Milan” bu turu inamlı qələbə ilə başa vurub.

Uzun müddətdir məğlubiyyət tanımayan “Roma” bu dəfə lider “İnter”in qonağı olub. “Canavarlar” Milan təmsilçisini səfərdə tək qolla məğlub etməklə uğurlu seriyanı davam etdiriblər. Bundan maksimum yararlanan “Napoli” doğma meydanda “Torino”ya 2 cavabsız qolla qalib gələrək vahid liderliyi ələ keçirib.

A Seriyasının 34-cü turuna aprelin 28-də keçiriləcək oyunlarla yekun vurulacaq.

İtaliya, A Seriyası
34-cü tur

27 aprel

Komo – Cenoa 1:0
Qol: Strefezza, 59.

Venesiya – Milan 0:2
Qollar: Pulişiç, 5. S.Ximenes, 90+6.

Fiorentina – Empoli 2:1
Qollar: Adli, 7. Mandraqora, 25 – Fazzini, 57.

İnter – Roma 0:1
Qol: Sule, 22.

Yuventus – Montsa 2:0
Qollar: N.Qonsales, 11. Kolo Muani, 33.

Atalanta – Leççe 1:1
Qollar: Reteqi, 69-pen – Karlsson, 29-pen.

Napoli – Torino 2:0
Qollar: Maktominey, 7; 41.

28 aprel

20:30. Udineze – Bolonya
22:45. Latsio – Parma
22:45. Verona – Kalyari

Chosen
10
arena.az

1Sources