EN

Renat oynadı, komandası heç-heçə etdi

Polşada Ekstraklasasında XXX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” “Lex”lə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçəylə başa çatıb.

Rahil isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.

Renat isə matça start heyətində başlayıb və 65-ci dəqiqədə Abdul Tapsoba ilə əvəzlənib.

Aktivində 36 xalı olan “Radomiak” turnir cədvəlinin 13-cü pillədə qərarlaşıb.

Chosen
15
11
futbolpress.az

10Sources