İran Prezidenti Məsud Pezeşkian Iranın Hörmüzqan vilayətinə səfər edib.
Â
"Mehr" agentliyinin məlumatlna görə, o,  Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanına gedərək partlayışdan sonra aparılan xilasetmə işləri ilə yerində tanış olub.
Â
Prezident insidentlə bağlı araşdırma aparılması barədə tapşırıq verib və daxili işlər naziri İskəndər Mömini təbii fəlakət yerinə göndərib.
Â
Qeyd edək ki, son məlumata əsasən, aprelin 26-da yerli vaxtla saat 12:30-da baş verən partlayış nəticəsində 28 nəfər həyatını itirib, 1140 nəfər yaralanıb.
Â
İranın Böhran İdarəetmə Təşkilatı limanda partlayışdan sonra başlayan yanğınların 80 faizinin söndürüldüyünü, qalan 20 faizinin isə bazar günü gecəyə qədər nəzarət altına alınacağını bildirib.
Â