BAKI, 27 aprel. TELEQRAF
Rusiyanın Xarici işlər Nazirliyi Hindistan-Pakistan münasibətlərinin gərginləşməsi fonunda vətəndaşlarına xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilir.
XİN xüsusən də Cammu və Kəşmir bölgələrinə səfər etməkdən yayınmağa çağırıb.
Xatırladaq ki, Cammu ilə Kəşmir arasındakı təmas xəttində Hindistan və Pakistan hərbçiləri arasında atıəşma bir neçə gündür davam edir.