EN

İranın Ali Rəhbəri: Partlayış araşdırılmalı, məsul şəxslər cəzalandırılmalıdır

İranın Ali Rəhbəri Əli Xamenei Şəhid Rəcai limanındakı partlayışla bağlı bütün səhlənkarlıq və ya qəsdən törədilmiş cinayət hallarının müəyyən edilməsi və qanunauyğun tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, ali dini lideri Əli Xamenei ölkənin cənubundakı Şəhid Rəcai limanında baş verən partlayışın hərtərəfli araşdırılmasını və məsuliyyət daşıyanların cəzalandırılmasını istəyib.

İranda Şəhid Rəcai limanında baş verən partlayışa görə aprelin 28-i matəm günü elan olunub.

Xatırladaq ki, aprelin 26-da İranın Şəhid Rəcai limanında partlayış baş verib. Hadisə nəticəsində həyatını itirənlərin sayı 40 nəfəri keçib, 6 nəfər itkin düşüb, 1139 nəfər isə yaralanıb.

Chosen
67
teleqraf.com

1Sources