BAKI, 27 aprel. TELEQRAF
“Liverpul” klubu İngiltərə Premyer Liqasının sona çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, XXXIV turda “Liverpul” yerli azarkeşləri önündə “Tottenhem”i böyük hesabla (5:1) məğlub edib.
34 oyundan sonra 82 xal toplayan liverpullular ən yaxın rəqibləri “Arsenal”dan 15 xal irəlidədir.