Biz qonşu olaraq bir-birimizə çox kömək edə bilərik.
Publika.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən deyib.
Dövlət başçısı qeyd edib ki, ölkələr arasında əməkdaşlıq imkanları mövcuddur: “İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Ölkələrimiz arasında sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq edə bilərik. Universitetlərimiz arasında əlaqələr yarada, görüşlərdə ticarət əlaqələrini müzakirə edə bilərik”.