EN

Trans-Xəzər marşrutu üzrə konteyner daşımaları 3 dəfə artıb

Astana, 27 aprel, AZƏRTAC

2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Aktau Dəniz Ticarət Limanı vasitəsilə 54 min 923 TEU (iyirmi fut ekvivalent vahidi) daşınıb.

Bu barədə AZƏRTAC-a “Aktau Dəniz Ticarət Limanı” Milli Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Kommersiya şöbəsinin rəisi Anuar Nemışov bildirib.

Anuar Nemışovun sözlərinə görə, 2023-cü ildə TBNM üzrə konteyner daşımalarının həcmi 16 min 387 TEU təşkil edib. Beləliklə, 2024-cü ildə bu göstərici üç dəfədən çox artıb.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Orta Dəhliz kimi tanınır və Çin ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
1
5
azertag.az

7Sources