EN

Karlo Ançelotti "Real Madrid"i Braziliya millisinə dəyişir

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti gələn həftə tutduğu vəzifədən istefa verəcək.

AZƏRTAC "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis "kral klubu"ndan ayrılıqdan sonra Braziliya millisinin sükanı arxasına keçəcək. İddiaya görə, o, artıq Cənubi Amerika təmsilçisinə rəhbərlik etməyə razılıq verib. Təcrübəli çalışdırıcının klublararası dünya çempionatından əvvəl yığmadakı işinə başlayacağı gözlənilir.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"in baş məşqçisi postunda çalışır. O, 2013-2015-ci illərdə də La Liqa təmsilçisinə rəhbərlik edib.

Chosen
3
17
yeniazerbaycan.com

10Sources