Bakı. Trend:
Vaşinqtondan Londona uçan “British Airways” aviaşirkətinə məxsus“Boeing 777” təyyarəsi havaya qalxdıqdan sonra quş sürüsü ilətoqquşub və göyərtədə tüstülənmə baş verdiyi üçün Bostonda yerləşənLoqan Beynəlxalq Aeroportuna təcili eniş edib.
Trend-in “CBSNews”a istinadən verdiyi məlumata görə, təyyarə ilkin olaraqLondonun Hitrou Beynəlxalq Aeroportuna uçmalı idi. Hadisədən sonratəyyarə kursunu dəyişərək Bostona istiqamətləndirilib.
Xoşbəxtlikdən, insident nəticəsində xəsarət alan olmayıb.Hazırda mütəxəssislər təyyarəyə texniki baxış keçirirlər.