EN

“British Airways” təyyarəsi quş sürüsü ilə toqquşmadan sonra Bostona təcili eniş edib

Bakı. Trend:

Vaşinqtondan Londona uçan “British Airways” aviaşirkətinə məxsus“Boeing 777” təyyarəsi havaya qalxdıqdan sonra quş sürüsü ilətoqquşub və göyərtədə tüstülənmə baş verdiyi üçün Bostonda yerləşənLoqan Beynəlxalq Aeroportuna təcili eniş edib.

Trend-in “CBSNews”a istinadən verdiyi məlumata görə, təyyarə ilkin olaraqLondonun Hitrou Beynəlxalq Aeroportuna uçmalı idi. Hadisədən sonratəyyarə kursunu dəyişərək Bostona istiqamətləndirilib.

Xoşbəxtlikdən, insident nəticəsində xəsarət alan olmayıb.Hazırda mütəxəssislər təyyarəyə texniki baxış keçirirlər.

Chosen
17
9
az.trend.az

10Sources