EN

Lökbatan yolunda QƏZA - Ölən var

Bakı-Qazax magistralının Lökbatan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, "Avatr" və "Mercedes-Benz" markalı minik avtomobilləri toqquşaraq yol kənarındakı dəmir maneəyə çırpılıblar.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Həmin istiqamətdə isə nəqliyyatın hərəkəti çətinləşib.

Chosen
20
7
manset.az

8Sources