EN

"Qarşıda hələ 5 final var" - Cud Bellingem

İspaniya Kubokunun bu gecə baş tutan finalında əzəli rəqibi "Barselona"ya uduzan 2:3 "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem həlledici qarşılaşma barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında paylaşım edib:

"Bütün gücümüzü meydanda qoysaq da, qələbə qazanmaq mümkün olmadı. Qarşıda hələ 5 final var və həmin matçlarda mümkün olan hər şeyi etməliyik. İrəli, Madrid, sona qədər irəli".

Xatırladaq ki, La Liqanın turnir cədvəlində lider "Barselona"dan 4 xal geri qalan "Real" 72 xalla turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. "Kral klubu" ölkə çempionatında daha 5 matça çıxacaq. Paytaxt təmsilçisi "Selta", "Barselona", Malyorka", "Sevilya" və "Real Sosyedad"la üz-üzə gələcək.

Nihat

Chosen
15
fanat.az

1Sources