Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum "X" sosial şəbəkəsində bildirib.
“ZÉ™rÉ™rin qiymÉ™tlÉ™ndirilmÉ™sinin nÉ™ticÉ™lÉ™rinÉ™ görÉ™, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1 025-nÉ™ cüzi ziyan dÉ™yib, 12 300-dÉ™n çoxuna ziyan dÉ™ymÉ™yib”, – Kurum qeyd edib.
Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.
Daha əvvəl 400-dən çox binanın zədələndiyi bildirilirdi. Kurumun məlumatına görə, ən çox ziyan şəhərin qərbində sıx məskunlaşan ərazilərin - Bahçelievler, Esenler, Bağçılar, Avcılar və Küçükçekmecenin sakinlərinə dəyib.
Xatırladaq ki, aprelin 23-də İstanbulda maqnitudası 6,2 bal olan silsilə zəlzələlər baş vermişdi. Təbii fəlakət nəticəsində 236 nəfər xəsarət alıb.
Bizim.Media