Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəllimi Ahmet Karamanın dəfn mərasiminə qatılıb.
Publika.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan öz müəllimi üçün başsağlığı mesajı da paylaşıb:
“Bu gün vəfatını kədərlə qarşıladığımız İstanbul İmam Hatip Liseyində ərəbcə müəllimlərimizdən olan dəyərli pedaqoq Ahmet Karamanla vidalaşırıq. Allahdan müəllimimizə rəhmət diləyirik. Onun dəyərli ailəsinə, tələbələrinə və İmam Hatip camaatına başsağlığı verirəm. Məkanı cənnət olsun”.