EN

Hakan Fidan: HƏMAS İsraillə atəşkəsə razılaşmağa daha açıqdır

​BAKI, 27 aprel. TELEQRAF

"HƏMAS son günlər İsraillə Qəzzada atəşkəs razılaşması əldə olunması məsələsində daha açıq mövqe nümayiş etdirir".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətər hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Sani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, HƏMAS sadəcə atəşkəslə məhdudlaşmayan, Fələstin məsələsinin ümumi həllini nəzərdə tutan daha geniş bir modelə razılıq verməyə hazırdır:

"Əgər tərəflər yaxşı niyyət göstərsələr, bu böhran sonuncu ola bilər. Əks halda, daha böyük böhranlarla qarşılaşa bilərik. Məqsədimiz bu böhranı fürsətə çevirərək davamlı həllə nail olmaqdır".

Chosen
10
teleqraf.com

1Sources