EN

Haaland və Rodri zədədən sonra məşqlərə qayıdıb

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland və yarımmüdafiəçisi Rodri Hernandes zədələrini sağaltdıqdan sonra yenidən məşqlərə qoşulublar.

90deqiqe.Az xəbər verir ki, futbolçuların komanda ilə birgə meydanda çəkilmiş fotoları sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, ispaniyalı yarımmüdafiəçi dizinin çarpaz bağları zədələndiyi üçün uzun müddət meydanda deyildi. Skandinaviyalı mərkəz hücumçusu da öz növbəsində topuğundan aldığı zədə səbəbindən son bir aydır ki, yaşıl meydanlardan uzaq idi.

Chosen
11
90deqiqe.az

1Sources