EN

“El klasiko”dan əvvəl: Mbappenin formasını yandırdılar, Yamalın…

“Real Madrid” və “Barsa” azarkeşləri qarşılıqlı olaraq Kilian Mbappe və Lamine Yamalın formalarından “qisas” alıblar.

Publika.az xəbər verir ki, İspaniya kubokunun Sevilyadakı final matçından əvvəl Madrid klubunun azarkeşləri Lamin Yamalın formasını yandırmağa cəhd ediblər. Lakin formanı yandırmaq üçün istifadə etdikləri alışqan işə yaramayıb.

İstədiyinə nail ola bilməyən azarkeşlər Kataloniya klubunun ünvanına təhqiramiz şüarlar səsləndirərək, formanı cırmaq qərarına gəliblər.

Chosen
10
13
publika.az

10Sources