Azərbaycan Prezidenti İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsi zamanı jurnalistin haqqında danışdığı azərbaycanlı tələbənin kimliyi məlum olub.
Referans Axar.az-a istinadən xəbər verir ki, həmin şəxs Tağı Məmmədovdur.
T. Məmmədov sosial şəbəkə hesabında yaydığı videoda özündən bəhs edib.
Qeyd edək ki, çinli jurnalist müsahibə zamanı “Əslində, mən Çinə 1 Kəmər, 1 Yol vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur”, deyə bildirmişdi.