EN

Kanadada avtomobil izdihamın üzərinə sürüldü – Ölənlər və yaralananlar var


Kanadanın Vankuver şəhərində keçirilən küçə festivalında avtomobil izdihamın üzərinə sürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, ölən və yaralananlar var, lakin dəqiq say hələ açıqlanmayıb.
Polisin məlumatına görə, avtomobil aprelin 26-da axşam yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə - 27 aprel saat 07:00 - red.) izdihamın üzərinə çıxıb.
Hadisə yerli bayram olan Lapu-Lapu Günü münasibətilə keçirilən festivalının yaxınlığında baş verib. 
Avtomobilin sürücüsü saxlanılıb. Polis hadisənin səbəbləri və saxlanılan şəxsin mümkün motivləri barədə məlumat verməyib.
Chosen
12
yeniavaz.com

1Sources