EN

Rüdiqeri ağır cəza gözləyir

“Real”ın futbolçusu Antoni Rüdiqer İspaniya kubokunun finalında “Barselona” ilə oyundakı davranışına görə ağır cəza ala bilər. Msport.az xəbər verir ki, mərkəz müdafiəçisini 4-12 oyun arası cəza gözləyir.

Hakim pratakolda qeyd edib ki, Rüdiqer texniki zonadan əşya atdığı üçün meydandan qovulub.  Həmçinin almaniyalı oyunçunu texniki zonada bir neçə məşqçi tutaraq sakitləşdirib.

Qeyd edək ki, hadisə Rüdiqer əvəzləndikdən sonra baş verib. Kilian Mbappenin Erik Qarsiyaya qarşı qayda pozuntusundan sonra o, hakimin qərarından razı qalmayıb. Almaniya millisinin üzvü emosiyalarını aşkar şəkildə büruzə verdiyi üçün qırmızı vərəqə ilə cəzalanıb. Bundan sonra özündən çıxan futbolçu hakimin üstünə hücum çəkmək istəyib. Həmçinin Rüdiqer hakimə texniki zonadan buz paketi atıb.

Chosen
17
5
msport.az

7Sources